Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar qəzəlləri səsləndirilib

MƏDƏNİYYƏT
3 Dekabr
12:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziyamızın sönməz günəşi - Nizami dühası” adlı tədbir keçirilib.

İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbirdə “Oğuzlar” folklor xalq ansamblı şairin qəzəllərini muğam üstündə ifası ilə çıxış edib.

Ələsgər Ələkbərov adına xalq teatrının ifasında isə Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.

MƏDƏNİYYƏT bölməsi