Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 323 nömrəli məktəbdə əyani dərslər bərpa edilib

TƏHSİL
2 Dekabr
16:53

Paytaxtdakı 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

TƏHSİL bölməsi