Misirdə dünyanın səma altında ən böyük muzeyi açılıb

MƏDƏNİYYƏT
27 Noyabr
06:57

Misirin Luksor şəhərində “Fironların yolu” adlanan qədim Sfinks xiyabanının bərpası başa çatdıqdan sonra açılış mərasimi keçirilib.
“Ahram” qəzeti xəbər verir ki, tədbirdə ölkə Prezidenti Əbdülfəttah əs-Sisi iştirak edib.
Turizm naziri Xalid Əl-Ənani Luksorun dünyanın açıq səma altında ən böyük muzeyi olduğunu bildirib. Bərpa işlərindən sonra sfinkslər xiyabanı qədim misirlilərin zamanında olduğu kimi Luksor və Karnak məbədlərini birləşdirib.
Arxeoloqlar qazıntılar zamanı qoç başlı 250 və insan başlı 807 sfinks tapıblar. Əl-Ənani əlavə edib ki, qədim zamanlarda xiyabanda üç dəfə çox heykəl olub.
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi