Yeni ştamm aşkarlanıb

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:12

Cənubi Afrika Respublikası, Botsvana və HonqKonqda son dərəcə yüksək mutasiyaya malik olan koronavirusun yeni ştammı aşkar edilib.

"B.1.1.529" adlı yeni ştamma 10 nəfərin yoluxduğu deyilir. Lakin elm adamları daha çoxunun hələ müəyyən edilmədiyini söyləyirlər. Mutasiyaların profili, virusla mübarizə apara bilən antikorlardan yayınma potensialı ilə əlaqədardır.

Qeyd edilir ki, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) rəsmiləri və alimləri yeni ştammı izləyir və araşdırır.

Xəbəri CNN yayıb.

XARİCİ XƏBƏRLƏR bölməsi