Məcburi vaksinasiya

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:12

Almaniyanın Müdafiə Nazirliyi Bundesferin hərbi qulluqçuları üçün koronavirus peyvəndini məcburi etmək qərarına gəlib.

Məlumata görə, müvafiq qərar çərşənbə günü Almaniyanın müdafiə naziri Anneqret KrampKarrenbauer tərəfindən qəbul edilib. Məcburi vaksinasiyanın Bundesferin 180 mindən çox hərbçisinə şamil ediləcəyi bildirilib. Peyvənddən imtina edənlərin intizam məsuliyyətinə cəlb olunacağı vurğulanıb.

Qeyd edək ki, Almaniyada COVID-ə qarşı vaksinasiyaya ötən ilin dekabr ayının sonunda başlanılıb. Ölkədə “Pfizer/ BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndlərindən istifadə olunur.

Xəbəri TASS yayıb.

XARİCİ XƏBƏRLƏR bölməsi