Sərt məhdudiyyətlər tətbiq edilib

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:10

İtaliyada koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün məhdudlaşdırıcı tədbirlər sərtləşdirilib. Məlumata görə, ölkənin Nazirlər Şurası bununla bağlı yeni fərmanı təsdiqləyib. Yeni qaydalara əsasən, yaşıl keçid COVID-19 sertifikatı 48 saat müddətinə veriləcək. Bu sənəd koronavirus testindən keçdikdən sonra yalnız işə və zəruri malların olduğu mağazalara giriş, eləcə də regionlararası nəqliyyatda səyahət üçün işləyəcək.

Bundan əlavə, ölkədə peyvənd olunan və ya koronavirus infeksiyasından sağalmış şəxslər üçün super yaşıl keçid tətbiq ediləcək. Bu sənədin sahibləri isə qapalı kafe və restoranları, idman, əyləncə və mədəniyyət müəssisələrini ziyarət edə biləcəklər. Yeni qaydalar noyabrın 29-dan qüvvəyə minəcək.

Xəbəri BBC yayıb

XARİCİ XƏBƏRLƏR bölməsi