Mədəndə yanğın

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
04:59

 Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində yerləşən “Listvyajnaya” daş-kömür mədənində yanğın olub.

Yanğın zamanı mədəndə 287 mədənçi olub. Xilasedicilər 237 mədənçini evakuasiya edə biliblər. 45 nəfər xəsarət alıb. Kemerovo vilayətinin qubernatoru Sergey Çivilyov bildirib ki, yanğın zamanı 9 mədənçinin cəsədi xilasedicilər tərəfindən aşkar edilib.

İlkin ehtimala görə, yanğına səbəb kömür külünün mədənin ventilyasiya sisteminə düşməsi olub. Əvvəlcə tüstülənmə, sonra isə yanğın olub. Mədəndə hələ də qalanların olduğu bildirilir. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi qaldırıb.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi