“ART könüllü” proqramı davam edir

MƏDƏNİYYƏT
23 Noyabr
10:16

“YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.

 "Xalq qəzeti" xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.

Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.

Proqramda 18-35 yaş arası namizədlər iştirak edə bilər. Namizədlərin Azərbaycan dili ilə yanaşı, ən azı bir xarici dil (ingilis, rus və s.) bilməsi vacibdir.

Müraciət etmək istəyənlər öz CV-lərini “ART könüllü” yazaraq [email protected] ünvanına göndərə bilərlər.

MƏDƏNİYYƏT bölməsi