Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs reklam vasitələri xidmətlərinin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

REKLAM VƏ ELAN
23 Noyabr
01:34

 

 

Sifarişçi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs reklam vasitələri xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın almasını elan edir.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün iştirakçılar müvafiq sahədə peşəkarlığa, təcrübəyə, texniki və maliyyə im­kanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlığa malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- qiymət kotirovkası (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq­qında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının mikro, kiçik və ya orta sahibkar­lıq subyekti olmaları barədə müvafiq sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 1 və daha çox olma­lıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu prose­duru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Malların (işlərin və xidmətlərin) qiymət koti­rovkaları qapalı zərfdə, imzalanıb möhürlənərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin (Bakı, S.S.Axundov küçəsi 73C. Tel- (+994 12) 377 00 20 daxili – 524, məsul şəxs. satınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədovaya) ünvanına 7 dekabr 2021-ci il saat 15.00-a qədər təqdim olunmalıdır.

Zərflərin açılışı 8 dekabr 2021-ci il saat 15.00-da keçiriləcəkdir.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi