Antalyaya 10 ayda 8,6 milyon turist gəlib

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
03:00

Bu il dünyanın aparıcı turizm mərkəzlərindən olan Türkiyənin Antalya şəhərini hava yolu ilə ziyarət edən turistlərin sayı 8,6 milyonu ötüb. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari ilin 10 ayında şəhərə 8 milyon 615 min 626 turist gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 163 faiz artıb. Yeri gəlmişkən, keçən ay 1 milyon 599 min 345 nəfər istirahət üçün Antalyaya gəlib.

Xəbəri “Anadolu” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi