Almaniyada pandemiya ilə bağlı məhdudiyyətlər sərtləşdirilə bilər

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
02:56

 

 

“Euronews” agentliyinin yaydığı məlumata görə, Almaniya Kansleri vəzifəsini icra edən Angela Merkel və ölkənin federal torpaqlarının rəhbərləri koronavirus pandemiyası ilə bağlı vəziyyətin müəyyən göstəricilərə çatacağı təqdirdə regionlarda sanitar tələblərin sərtləşdirilməsinin vahid prinsipləri barədə razılığa gəliblər.

Bildirilir ki, söhbət klinikaların iş yükünün göstəricilərindən gedir. Belə ki, klinikalar 3-cü səviyyəyə qədər koronavirus infeksi­yasına yoluxan xəstələrlə yüklənərsə, tədbirlər gücləndiriləcək, ərzaq ma­ğazalarından başqa bütün mağazalara yalnız peyvənd olunmuş və ya artıq koro­navirusa yoluxub sağalan şəxslər baş çəkə biləcək.

Qeyd olunur ki, region­larda yoluxma sayı daha da yüksələrsə, yerli sakinlərdən peyvənd sertifikatı və ya mənfi test nəticəsi tələb ediləcək.

Klinikalarda xəstələrin say göstəricisi 9-cu səviyyəyə qalxsa, regional hakimiyyət orqanları pandemiyanın qarşısını almaq üçün əlavə tədbirlər görə biləcəklər.

“Hazırda vəziyyət çox dramatikdir. Biz tez və təxirəsalınmaz işlər görməliyik”, – Merkel bildirib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi