Miqrantları qeyri-qanuni daşıyanların həbsi planlaşdırılır

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
02:55

“Euobserver” portalının yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) 2022-ci ildə miqrantların qeyri-qanuni daşınması ilə mübarizəyə yönəlmiş bir sıra əməliyyatlar keçirməyi planlaşdırır və bu əməliyyatlar zamanı 1400-dən çox həbs qətimkan tədbiri seçiləcək.

 

Bu barədə mənbə Aİ-nin 13 noyabr tarixli daxili sənədinə istinadən yazıb. Qeyd edilir ki, 59 səhifəlik bu sənəddə 30 hazırlanmış plan haqqında məlumatlar var.

Onların bəziləri Aİ-nin ayrı-ayrı üzv dövlətlərinin himayəsi altında, digərləri isə müvafiq orqanlar, xüsusilə Aİ-nin sərhəd nəzarəti agent­liyi “Frontex” və Avropa Polis Agentliyi (Avropol) tərəfindən həyata keçiriləcək.

Bir sıra planlarda həbslərin sayı, ələ keçirilən saxta sənədlər, toplanmış kəşfiyyat məlumatları və apa­rılan araşdırmalar kimi illik fəaliyyət göstəriciləri var.

Portal yazır ki, Avropol Balkan regionu ölkələri, Çin, Türkiyə və Rusiya ilə əməkdaşlıq edəcək. Avs­triya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa, Portuqaliya, İspaniya və Bö­yük Britaniya öz növbəsində digər dövlətlərin dəstəyi ilə fərdi əməliyyatlara rəhbərlik edəcəklər. Beləliklə, Polşa Belarus, Gürcüstan, Rusiya və Ukraynadan qaçaqmalçılı­ğın qarşısını almağa çalışa­caq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi