Kanadada fövqəladə vəziyyət

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
02:54

 

 

Aramsız yağışlar və daşqından sonra Kanadanın Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə əyalətin baş naziri Con Horgan məlumat verib.

“CTV”nin məlumatına görə, güclü külək, aramsız yağışlar və daşqınlar nəticəsində əyalətin bir neçə yaşayış məntəqəsi dağılıb. Minlərlə insan öz evini tərk edib. Xəsarət alanlar, həlak olanlar və itkin düşənlər var.

Con Horqan bildirib ki yaxın günlərdə həlak olanlar və itkin düşənlər barədə dəqiq məlumat veriləcək.

Yerli hakimiyyət orqanları kömək üçün federal hökumətə müraciət ediblər. Qonşu əyalətlər də köməklərini təklif ediblər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi