Avstriyada koronavirusa görə ümumi qapanma elan edilir

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
01:49

Avstriya hökuməti COVID-19 pandemiyası ilə bağlı böhranlı vəziyyətlə əlaqədar ölkə ərazisində ümumi qapanma elan edib.

Avstriya kansleri Aleksander Şallenberq region rəhbərləri ilə görüşünün yekununda elan edib ki, qapanma rejimi noyabrın 22-dən qüvvəyə minəcək və 20 gün davam edəcək. Rejimin dekabrın 13-də başa çatması gözlənilir.

Avstriyada, həmçinin 2022-ci ilin fevralından məcburi vaksinasiyanın başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Avstriyada üçüncü həftədir ki, ardıcıl olaraq koronavirusa yoluxma sayında artım qeydə alınır. Son günlərdə 15 minə yaxın yeni yoluxma faktları qeydə alınır.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi