Aİ-də ən çox siqaret çəkilən ölkə

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:40

 

Avropa Sta­tistika Agentliyi (“Eurostat”) tütün məmulatlarından ən çox istifadə edən Avropa İttifaqı (Aİ) ölkələrinin adlarını açıqlayıb. Bildi­rilir ki, Aİ ölkələri arasında ən çox siqareti Bolqarıstan vətəndaşları çəkir. Bu ölkədə əhalinin 28,7 faizi tütün məmulatından istifadə edir. Bu göstərici üzrə ikinci sırada 23,6 faizlə Yunanıstan qərarlaşıb. İlk üçlüyü isə 22,1 faizlə Latviya qapayır.

Almaniya (21,9 faiz) dördüncü, Xorvatiya (21,8 faiz) isə beşincidir.

Aİ ölkələri arasında ən az siqaret çəkənlər isə İsveç (6,4 faiz) vətəndaşlarıdır.

Məlumatı BBC yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi