Məşğulluq artıb

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:39

2021-ci ilin üçün­cü rübündə Avropa İttifaqında (Aİ) məşğulluq səviyyəsi əvvəlki rüblə müqayisədə 0,9 faiz artıb. Bunu Avropa Statistika Bürosu (“Eurostat”) açıqla­yıb. Agentlik bildirir ki, hesabat dövründə Aİ-də məşğulluq keçən ilin üçüncü rübünə nisbətən 2,1 faiz artıb.

Qeyd edilir ki, avrozonada da məşğulluq üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,9 faiz, ötən ilin eyni rübünə nisbətdə isə 2 faiz artıb.

Xəbəri Euronews verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi