Maşinistsiz qatar sınaqdan keçirilib

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:38

Yaponiyanın “JR East” dəmir yolu şirkətinin əməkdaşları ilk dəfə maşinistsiz sürət qatarının sınaqlarını keçiriblər.

Bildirilir ki, “Shin­kansen” adlı sürət qatarının sınaqları Niqata prefekturasındakı dəmir yolu xəttində keçirilib. Baş vaqonda olan maşinist bu zaman idarəetmə panelinə toxunmayıb və yalnız baş verənlərə nəzarət edib. Sınaqlar zamanı, “Shinkansen” qatarı saatda 100 kilometr sürətlə hərəkət edib. Bu zaman ştatdankənar heç bir vəziyyət qeydə alınmayıb.

Məlumatı NHK World yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi