Rusiya Əfqanıstandan 380 nəfəri evakuasiya edir

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:35

 

 

Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən Rusiyanın Müdafiə Nazirliyi Əfqanıstandan adamları evakuasiya edir.

 

TASS-ın məlumatına görə, “İl-76 VKS” 3 hərbi-nəqliyyat təyyarəsi artıq Əfqanıstanın paytaxtı Kabilə enib. Təyyarələr Əfqanıstana 180 ton humanitar yardım aparıblar. Bu təyyarələrlə Əfqanıstanda olan 380 nəfər – Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Ukrayna vətəndaşlarının evakuasiyası gözlənilir.

Xatırladaq ki, bu il avqust ayının 25-də Əfqanıstan ərazisindən Rusiya hərbi təyyarələri ilə 400 nəfər Rusiya və KTMT-yə üzv olan ölkələrin vətəndaşları evakuasiya ediliblər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi