Bill Qeyts pandemiyanın yaxın zamanlarda başa çatacağını düşünür

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:33

 

 

ABŞ-ın “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts artıq gələn ilin ortalarında koronavirusun daha az təhlükəli olacağını proqnozlaşdırır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, Bill Qeyts Maykl Blumberqin Yeni İqtisadi Forumdakı çıxışı zamanı pandemiyanın mümkün ssenarisi barədə danışıb.

“Təbii və peyvənd immuniteti, həmçinin anticisimlərlə heç vaxt əldə olunmayan immunitet miqyasını təmin edəcək yeni içmə dərmanlar ölümlərin və ağırlaşmaların səviyyəsini aşa­ğı salmalıdır”, - deyən sahibkar bunun yeni ştammlar peyda olmayacağı təqdirdə mümkün olacağını əlavə edib.

Bill Qeytsin fikrincə, peyvənd çatışmazlığı ilə bağlı bütün çətinliklər gələn ilə qədər həll olunacaq və yalnız logistika və tələbatın yaratdığı məhdudiyyətlər qalacaq. O, həmçinin “Merck” kompaniyasının hazırladığı virus əleyhinə içmə dərmanların qiymətinin xeyli aşağı - 8 dollardan ucuz olaca­ğını vurğulayıb.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi