“Azercell” dahi Nizaminin əsərlərini rəqəmsal formatda təqdim edir

REKLAM VƏ ELAN
19 Noyabr
00:29

 

 

Ölkənin lider mobil operatoru “Azercell Telekom” “Nizami Gəncəvi İli” çərçivəsində növbəti layihəsini təqdim edir.

Şirkət Nizaminin 40-dan çox əsərini Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının “Audiobook” bölməsinə yerləşdirəcək. Audio fayl­lar orijinal fon musiqiləri - ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilə təqdim olunacaqdır. “Azercell” bundan öncə rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, “Koroğlu” das­tanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq Bookmate tətbiqinə yükləmişdir.

Qeyd edək ki, “Azercell”in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı ədəbi nümunələr gənclər arasında mütaliə mədəniyyətinin inki­şafına və Azərbaycanın ədəbi irsinin müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir. Şairin zəngin irsinin təbliği məqsədilə “Azercell” bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazır­layıb. Əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanmışdır.

“Xalq qəzeti”

REKLAM VƏ ELAN bölməsi