“Azərbaycanfilm” Polşanın “EnergaCAMERIMAGE” festivalında iştirak edib

MƏDƏNİYYƏT
18 Noyabr
17:18

“Azərbaycanfilm”in texniki direktoru Rəşad Səməd Polşanın Torun şəhərində keçirilən 29-cu “EnegaCAMERIMAGE” Beynəlxalq Film Festivalı çərçivəsində kino avadanlıqları sərgisində iştirak edib.

“Azərbaycanfilm” kinostudiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, sərgidə “ARRI”, “Leica - Leitz”, “ZEISS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk – Anamorphic Lenses” və digər nəhəng texnika istehsalçılarının ən son kamera, işıq, lens məhsulları təqdim olunur.

Həmçinin bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq üçün məhsuldar danışıqlar aparılıb.

Qeyd edək ki, festival noyabrın 20-dək davam edəcək.

MƏDƏNİYYƏT bölməsi