Endi Kerroll “Ridinq”ə keçib

XARİCİ XƏBƏRLƏR
18 Noyabr
00:40

 

İngiltərənin “Ridinq” klubu heyətinə yeni futbolçu cəlb edib. Çempionşip təmsilçisi azad agent olan Endi Kerroll ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə müqavilə 2022-ci ilin yanvarınadək nəzərdə tutulub. Qeyd edilir ki, son klubu “Nyukasl” olan futbolçu daha əvvəl “Liverpul”da da çıxış edib.

Məlumatı “Eurosport” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi