Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

MƏDƏNİYYƏT
16 Noyabr
12:04

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

 "Xalq qəzeti" xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin.

MƏDƏNİYYƏT bölməsi