Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır

MƏDƏNİYYƏT
15 Noyabr
16:24

Noyabrın 15-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır.

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, noyabrın 26-dək davam edəcək festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

MƏDƏNİYYƏT bölməsi