Qırğızıstanda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin audiokitabı hazırlanıb

MƏDƏNİYYƏT
14 Noyabr
16:55

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunması ilə bağlı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ölkədə bir sıra layihə həyata keçirib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, fondun sifarişi ilə Qırğızıstanın Xalq şairi Eqemberdi Ermatovun tərcüməsində dahi şairin "Yeddi gözəl" əsəri qırğız dilində çap olunub və pulsuz yayılıb. Kitab tam şəkildə fondun saytına yerləşdirilib.

Bu günlərdə isə fond TÜRKPA-nın, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Qırğızıstan İctimai Televiziyasının dəstəyi ilə Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin qırğız dilində audiokitabını hazırlayıb.

Məşhur qırğız diktoru Jıpara Şabdanaliyevanın səsləndirdiyi audiokitab 14 hissədən ibarətdir və 6 saat 4 dəqiqə davam edir. Audiokitabın rejissoru Bektursun Kaldarovdur.

MƏDƏNİYYƏT bölməsi