“Buğda tayası” 36 milyon dollara satılıb

XARİCİ XƏBƏRLƏR
13 Noyabr
02:02

Dünya şöhrətli nider­landlı rəssam Vinsent van Qoqun “Buğda tayası” adlı rəsm əsəri Nyu-Yorkun “Christie's” hərracında 36 milyon dollara satılıb. Qeyd olunur ki, rəssamın 1888-ci ildə Fransanın cənubunda yaşayarkən çəkdiyi rəsm əsəri İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilib. 1970-ci illərədək rəsm əsərinin taleyi naməlum qalıb. Həmin dövrdə “Christie's” hərrac evi onu ABŞ şirkətindən satın alıb.

Məlumatı BBC yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi