Ən hündür ekoloji göydələn

XARİCİ XƏBƏRLƏR
13 Noyabr
02:01

 

Avstraliyada dünyada analoqu olmayan göydələn inşa olunur. Göydədlən “UNStudio” memarlıq studiyasının layihəsi əsasında Melburn şəhərində tikilir. Məlumata görə, yaşıllığa bürünmüş binanın damüstü parkı ictimai istifadə üçün ayrılıb. Burada ofis, yaşayış, otel və sərgi sahəsi yerləşəcək. Göydələndə, həmçinin market, eyvan və terrasları olan ticarət və əyləncə obyektləri, “BMW” servis mərkəzi olacaq.

Göydələndə açıq eyvanlar, bağlar görüş və ünsiyyət üçün nəzərdə tutulub.

Xəbəri “The Sun” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi