Viktor Orban: Avropa İttifaqı miqrant məsələsində Türkiyəni dəstəkləməlidir

XARİCİ XƏBƏRLƏR
13 Noyabr
01:58

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) rəhbərliyini son günlər qitə ölkələrini xüsusilə ciddi narahat edən miqrant problemində Türkiyəni maksimum dərəcədə dəstəkləməyə çağırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Macarıstan hökumətinin başçısı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla İstanbulda apardığı müzakirələrdən sonra birgə keçirdiyi mətbuat konfransında deyib: “Biz türkiyəli dostları­mıza miqrsiya probelminin həllində kömək etməliyik. Aİ rəhbərliyi Türkiyənin xidmətlərini və rolunu düzgün qiymətləndirməli, rəsmi Ankaraya köməyini əsirgəməməlidir.

Viktor Orban çıxışında sonra vurğulayıb ki, Avropa ölkələri hazırda Aralıq dənizi, Qərbi Balkanlar və Belarus tərəfdən miqrantların kütləvi təzyiqinə məruz qalır. Buna görə də Avropanın ətrafında “müdafiə perimetri” yaradılmaıdır. Onun sölzərinə görə, Avropaya bu məsələdə müttəfiqlər lazımdır, sözügedən perimetr müəyyən edilməzsə, qitə ölkələri daha çətin vəziyyətə düşəcək.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, miqrant probleminin kəskinləşməsində rəsmi Ankaranı ittiham etmək ədalətsizlikdir. Türkiyə hazırda miq­rantların ən çox məskunlaşdığı ölkədir.

Türkiyə Prezidenti deyib ki, Avropanın bir çox ölkələri miqrantlara qarşı çox sərt davranırlar. Yunanıstan hökuməti miqrant məsələsində hətta qəddarlıq nümayiş etdirir.

Xatırladaq ki, son günlər Belarusun Polşa ilə sərəhədində xeyli sayda miqrant toplaşıb və bu hadisə iki ölkə arasında gərginliyə səbəb olubdur. Tərəflər problemin yaranma­sında bir-birlərini günahlandırırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi