“ŞƏKİ-BAZAR” ASC səhmdarlarının nəzərinə!

REKLAM VƏ ELAN
13 Noyabr
01:54

 

28 dekabr 2021-ci il saat 12.00-da “Şəki-Bazar”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Şəki şəhəri, S.Rəhman küçəsi 1, “Şəki-Bazar”ASC-nin binasında keçiriləcəkdir.

Səhmdarlardan yığıncaqda iştirak etmələri xahiş olunur.Səhmdarların nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığın­caqda iştirak hüquqlarını bilavasitə özləri və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

Yığıncaqda iştirak edənlərin Covid-19 pasportu olması vacibdir. Əks təqdirdə səhmdarların ümumi yığıncağına giriş qadağandır.

Yığıncağın gündəliyi:

1. “Şəki-Bazar”ASC-nin 2019-2020-ci illərdəki maliyyə -təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.

2. 2019-2020-ci illərin maliyyə nəticələrinə görə maliyyə -təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.

3. 2019-2020-ci illərin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividendin təsdiqlənməsi.

4. 2019-2020-ci illərdə səhmdar cəmiyyətin xüsusi karantin rejimi zamanı üzləşdiyi bir sıra problemlərin və ondan sonrakı illərdə görüləcək işlərin müzakirəsi.

5. Digər məsələlər.

Əlaqə telefonu- (02424) 4-35-99.

Səhmdarların ümumi yığıncağının gündəliyinin material­ları ilə tanış olmaq üçün “Şəki-Bazar”ASC-nin idarə heyətinə müraciət etmək lazımdır.

“ŞƏKİ-BAZAR” ASC-nin idarə heyəti

REKLAM VƏ ELAN bölməsi