“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” Publik Hüquqi Şəxs AÇIQ TENDERƏ DƏVƏT EDİR

REKLAM VƏ ELAN
13 Noyabr
01:52

 

 

 

 

Tender 1 (bir) Lot üzrə keçirilir.

Lot-1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasının və onun qəbul edilməsi ilə bağlı “Normativ hü­quqi aktlar haqqında” Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş sənədlərin hazırlanması xidmətinın satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqının ödənilməsi yal­nız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiəqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə 250 (iki yüz əlli) manat məbləğdə işti­rak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu portal vasitəsilə əldə edə bilərlər.

İştirak haqqı 250 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın nümayəndəsi- Nərmin Əsədova, telefon-(012) 598 -16 -53.

Bank rekvizitləri:

Hh- AZ61AIIB38060019440356203102

M/h-AZ37NABZ01350100000000001944

Bankın VÖENİ- 9900003611

Bank-“ Kapital Bank” ASC-nin Mərkəz filialı

Kod- 200026

SWIFT- AIIBAZ2X

Alan təşkilat- “EnerjI Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ

VÖEN- 1603161411

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu,nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

-tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənəd;

-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq­qında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

-iddiaçının analoji işlərdə təcrübəsi, mad­di-texniki və kadr imkanları haqqında rəsmi məlumat;

-iddiaçının son üç ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə rəsmi məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Aazərbaycan Respubli­kasının Qanunua uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 dekabr 2021-ci il saat 11.00 -a , tender təklifi və bank təminatı sənədlərini isə 10 dekabr 2021-ci il saat 18.00 -a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 13 dekabr 2021-ci il saat 11.00 –da açılacaqdır.

İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi