Litva Tatarları İcmaları İttifaqının sədri Adas Yakubauskasdan

MƏKTUBLAR
12 Noyabr
15:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbənin ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. On beş il bundan əvvəl mən Bakıda olarkən Azərbaycanın işğal edilmiş Şuşa və digər rayonlarından olan köçkünlərlə görüşmüşdüm. Onlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı dəhşətli hadisələrə dair təəssüratlarını danışırdılar. Otuz il əvvəl öz yurdlarından zor gücü ilə qovulan bu insanlar artıq azad olunmuş ərazilərə qayıdacaq, viran qoyulan torpaqları bərpa edəcək və həyatlarına davam edəcəklər.

Azərbaycan dövlətinə və xalqına tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

 

 

Professor dr. Adas Yakubauskas

Litva Tatarları İcmaları İttifaqının sədri

MƏKTUBLAR bölməsi