Koronavirusun beşinci dalğası başlayır

XARİCİ XƏBƏRLƏR
12 Noyabr
01:39

 

Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə koronavirusun beşinci dalğasının başlama təhlükəsinin gözlənildiyini açıqlayıb. Nazir qeyd edib ki, bir neçə qonşu ölkə artıq COVID-19 pandemiyasının beşinci dalğası ilə üzləşib: “Fransada hazırkı vəziyyət beşinci dalğanın başlanğıcına bənzəyir. Ölkədə virusun yayılması sürətlənir. Ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 10 min nəfəri ötür”.

Qeyd edək ki, Fransa koronavirusa yoluxanların sayına görə dünyada 7-ci, ölüm hallarının sayına görə isə 12-ci yerdə qərarlaşıb.

Xəbəri BBC yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi