Rekord göstərici

XARİCİ XƏBƏRLƏR
12 Noyabr
01:37

 

Meksikanın paytaxtı Mexiko şəhəri dünyanın ən çox pulsuz in­ternet nöqtələrinə malik şəhəri kimi Ginnesin Re­kordlar Kitabına düşüb.

Məlumata görə, Mexiko 21 min 500 pulsuz internet sayı ilə Moskva, Seul və Tokionu geridə qoyaraq dünyada birinci olub.

Ginnesin Rekordlar Kitabının sertifikatı şəhər valisi Klaudiya Şeynbauma təqdim edilib.

Xəbəri TASS yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi