Almaniyada rekord yoluxma

XARİCİ XƏBƏRLƏR
12 Noyabr
01:33

Almaniyada rekord yoluxma qeydə alınıb. Robert Koha İnstitutunun məlumatına görə, son sutka ərzində ölkədə 50 min 196 nəfər koronavirus infek­siyasına yoluxub. Qeyd edək ki, bu cür maksimal yoluxma Almaniyada ilk dəfədir.

Son 24 saat ərzində ölkədə 235 nəfər vəfat edib. Pande­miya başlanandan indiyədək Almaniyada 4,8 milyon nəfər COVID-19 virusuna yoluxub. 97 min 198 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi