ABŞ və Çin iqlimlə bağlı razılığa gəliblər

XARİCİ XƏBƏRLƏR
12 Noyabr
01:32

 

 

Dünyanın ən böyük karbon emissiyasına malik iki ölkəsi olan ABŞ və Çin Qlazqo İqlim Sammiti çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı sürətləndirmək üçün razılaşma əldə etdiklərini açıqlayıb.

ABŞ Dövlət Departamenti tərəfindən paylaşılan bəyanatda qeyd edilib ki, hər iki ölkə iqlim dəyişikliyi ilə bağlı birgə səyləri alqışlayır. Bəyanatda Paris razılaşmasının hədəflərinə çatmaq üçün görülməsi vacib olan məsələlərin çox əhəmiyyətli olduğu bildirilib. Sənəddə hər iki tərəfin əməkdaşlıq etməyi planlaşdırdığı mövzular aşağıdakı kimi göstərilib:

“2020-ci illərdə istixana qazı emissi­yalarının azaldılması üçün tənzimləyici çərçivələr və ekoloji standartların yara­dılması; təmiz enerjiyə keçidin sosial fayda­larının maksimuma çatdırılması; son istifadə sektorlarının karbon emissiyala­rının azaldılması və elektrik enerjisindən istifadədə yeni siyasətin tətbiq edilməsi; bərpa olunan mənbələrdən istifadə; yeni texnologiyaların tətbiqi və tədqiqi”.

Məlumatda qeyd edilir ki, ABŞ 2035-ci ilə qədər 100 faiz karbon çirkliliyi olmayan elektrikə nail olmağı hədəfləyib. Çin isə beşillik plan çərçivəsində kömür istehlakını azaldacaq və bu işlərin sürətləndirilməsi üçün əlindən gələni edəcək.

Birgə bəyanatda, hər iki dövlətin inkişaf etməkdə olan ölkələrin iqlim ehtiyaclarını qarşılamaq üçün 2025-ci ilə qədər hər il 100 milyard dollarlıq yardım etməyi öhdəsinə götürdüyü paylaşılıb.

Hazırladı: Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi