Azərbaycanlı rejissorun animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb

MƏDƏNİYYƏT
11 Noyabr
14:26

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə Kino və Televiziya Peşəkar Assosiasiyası tərəfindən təşkil edilən IX “İpək Yolu" Beynəlxalq Film Festivalının finalçıları müəyyənləşib.

 "Xalq qəzeti" xəbər verir ki, Türkiyə, Çin, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistan kinematoqrafiyasından 3089 filmin iştirak etdiyi festivalda münsiflər heyətinin ilkin baxışının yekunlarına əsasən milli və beynəlxalq dərəcəli finalçılar seçilib.

Festivala azərbaycanlı rejissor Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb.

Xatırladaq ki, “Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filmi cari ildə Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova, rəssam-animator Zema Əhədovadır.

MƏDƏNİYYƏT bölməsi