Atatürkün xatirəsi yad edilib

XARİCİ XƏBƏRLƏR
11 Noyabr
00:31

 

Dünən türk xalqının xilaskarı və Türkiyə Respublika­sının qurucusu qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü qeyd edilib. Böyük öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin də daxil olduğu rəsmi heyət Türkiyə xalqının böyük oğlunun məzarını – Anıtqəbri ziyarət edib. Bütün ölkəboyu dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim zamanı Türkiyənin İstiqlal marşı səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub. Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabına ürək sözlərini yazıb.

Xəbəri “Anadolu” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi