Hindistanda güclü daşqın

XARİCİ XƏBƏRLƏR
11 Noyabr
00:29

 

 

Güclü yağışlar Şri-Lankada və Hindistanın cənubunda təbii fəlakətə səbəb olub. Daşqın nəticəsində Şri-Lankada 5 nəfər həlak olub.

 

İtkin düşənlər var. Güclü yağışlar nəticəsində adanın əksər hissəsini su basıb. Min nəfərdən çox insan evakuasiya edilib. Xilasedicilərə hərbçilər də kömək edirlər. Lakin meteoroloqlar bildiriblər ki, güclü yağışlar hələ davam edəcək.

RİA “Novosti”nin məlumatına görə, Hindistanın cənubunda gərgin vəziyyət yaranıb. Daşqın nəticəsində beş nəfər həlak olub. İtkin düşənlər var. 50 min nəfər xəsarət alıb. Məktəblər və kolleclər bağlanıb. Tamilnad ştatında 500 evi sel aparıb. Magistral yollar yararsız hala düşüb. Hadisə yerində xilasedicilər çalışırlar. Sinoptiklərin məlumatına görə, son 5 ildə ölkədə belə güclü yağışlar olmayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi