İordaniya Krallığında fəaliyyət göstərən Azərbaycan Universitetləri və İnstitutları Məzunlar Klubunun prezidenti Abu İnnab Ayham Rasmidən

MƏKTUBLAR
10 Noyabr
11:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi və Sizin timsalınızda Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazanılan Zəfər münasibətilə təbrik edir, daim qələbə ruhunda yaşamağınızı arzulayıram.

Azərbaycan xalqının 30 il ərzində çəkdiyi iztirablar yaxın tarixi keçmişdə baş vermişdir və artıq tarixin yaddaşına həkk olunmuşdur. Xalqınız bu illər ərzində ruhən daha da gücləndi, döyüş əzmi, ordunuzun gücü daha da artdı.

Möhtərəm Prezident, Sizin liderliyiniz, hadisələrə siyasi baxışınız, təmkinliliyiniz və ən önəmlisi savaş ruhunuz Azərbaycan Ordusunun dünya səviyyəsində formalaşmasında böyük rol oynadı.

Sizin əmriniz, ordunuzun gücü ilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda 44 gün ərzində döyüşərək Qələbə qazanmağınız bütün dünyaya örnək oldu. Böyük çətinliklər hesabına haqq uğrunda apardığınız mübarizədə əldə etdiyiniz bu Qələbə əbədi olaraq sizinlə olsun!

Bütün dünya azərbaycanlıları üçün əlamətdar bayram olan Zəfər bayramınız münasibətilə Sizi təbrik edir, xalqın vətənpərvərlik ruhunun heç zaman sönməməsini arzulayıram.

Hörmətlə,

 

Abu İnnab Ayham Rasmi

İordaniya Krallığında fəaliyyət göstərən Azərbaycan Universitetləri və

İnstitutları Məzunlar Klubunun prezidenti

MƏKTUBLAR bölməsi