“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslıdan

MƏKTUBLAR
10 Noyabr
11:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə böyük sevinc, fəxarət və qürur hissi ilə Sizə “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünün, xalqın qəhrəmanlığının göstəricisidir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm.

Bu tarixi gündə başda Müzəffər Ali Baş Komandan olmaqla dost və qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, sülh, əmin-amanlıq, daim zəfərlər arzulayıram.

Dərin hörmətlə,

 

Levent Kafkaslı

“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri
MƏKTUBLAR bölməsi