“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

FƏRMANLAR
31 Oktyabr
00:00

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası göm­rük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük or­qanlarının vəzifəli şəxslərinin xüsusi ge­yim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2012, № 5, maddə 415; 2020, № 12 (I kitab), maddə 1473) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:

1.1. 1.2.1-ci yarımbəndə “demise­zon gödəkcə” sözlərindən sonra “, yay gödəkcəsi, qış gödəkcəsi” sözləri əlavə edilsin;

1.2. 1.2.2-ci yarımbənddən “, kepi” sözü çıxarılsın;

1.3. 2.2.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “qalın parçadan” sözləri əlavə edilsin;

1.4. 2.3.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “nazik parçadan” sözləri əlavə edilsin;

1.5. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. ali rəis heyəti üçün boz qara­gül xəzdən tikilir. Günlüyü və qulaqlıq­ları tünd mavi rəngdədir. Günlüyünün üzərinə ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbi­nin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 39);”;

1.6. 5.1-ci bənddə “kepi” sözü “yay papağı” sözləri ilə və “gödəkcə, hərbi nümunəli köynək” sözləri “qış gödəkcəsi, yay gödəkcəsi, qısaqol yay köynəyi” sözləri ilə əvəz edilsin;

1.7. 5.2 – 5.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.2. Yay papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parça­dan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) eyni parçadandır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-2, 48).

5.3. Qış papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) və qatlanan yan tərəfləri açıq mavi rəngdədir. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-1, 47).

5.4. Qış gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Qatlanan boyunluqludur (ali rəis heyəti üçün mavi rəngli), isti içliyi, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-1, 9-2, 36, 36-1).

5.5. Yay gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqlu­dur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-3, 9-4, 37, 37-1).”;

1.8. aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:

“5.5-1. Qısaqol yay köynəyi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyun­luqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-5, 9-6, 38, 38-1).”;

1.9. 5.6-cı bənd aşağıdakı redaksiya­da verilsin:

“5.6. Mayka – qış üçün qalın, yay üçün nazik açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir.”;

1.10. 5.7-ci bənddə “tünd göy rəngli hərbi nümunəli” sözləri “açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişan­larının təsvirləri”nin 36, 37, 38, 39, 47, 48 nömrəli şəkilləri yeni təsvirdə verilsin və həmin təsvirlərə 9-1, 9-2, 9-3, 9-4, 9-5, 9-6, 36-1, 37-1, 38-1, 43-1 və 43-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2021-ci il

FƏRMANLAR bölməsi