PSJ Rakitiçə görə 125 milyon avro təklif edir

İDMAN
11 Avqust
17:02

Fransanın PSJ klubu “Barselona”dan İvan Raktiçi transfer etmək niyyətindədir. Hətta paris təmsilçisi Rakitiçə görə, 125 milyon avro ödəməyə hazır olduğunu bildirib.

“El Mundo Deportivo” nəşrinin məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra “Barselona”dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün “Barselona”ya 125 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edilir ki, xorvat ulduzu "Monako" da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi