Azərbaycan Universiteti sosial işin təşkili kafedrasının müdiri vəzifəsini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

REKLAM VƏ ELAN
29 Oktyabr
03:10

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Kadrlar uçotunun şəxsi vərəqəsi

• Tərcümeyi-hal

• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri

• Elmi və elmi-metodiki işlərin siyahısı

• Kafedranın inkişafı ilə bağlı platforma

• Əmək kitabçasından çıxarış

• Şəxsiyyət vəsiqəsinin surəti

Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kafedranın profilinə uyğun peşə-ixtisas hazır­lığına, elmi ad və elmi dərəcələr, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxa­rıda göstərilən sənədlər elan veril­diyi gündən başlayaraq 1 (bir) ay müddətində Azərbaycan Universitetinə təqdim olunmalıdır.

Əlavə məlumat almaq istəyənlər (012) 431 41 12 (daxili 115) nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71.

REKLAM VƏ ELAN bölməsi