Kürdəmir Suvarma Sistemləri İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR

REKLAM VƏ ELAN
29 Oktyabr
03:09

Kürdəmir Suvarma Sistemləri İdarəsi

Bir sıra obyektlərin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar

AÇIQ TENDERƏ DƏVƏT EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- İsmayılov Rauf Səftər oğlu, telefon- 050 3394559.

İştirak haqqı 50 (əlli) manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

• H/h- AZ48C­TRE00000000000002351701

• VÖEN- 5700115621

• Fond- 7/142330

• Bank- Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender təkliflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublika­sında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq­qında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenzi­yaya və ya icazəyə malik olması.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xa­rici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə işti­rak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 noyabr 2021-ci il saat 15.00-a , tender təklifi və bank təminatını isə 30 noyabr 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 1 dekabr 2021-ci il saat 15.00-da açılacaq­dır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd- tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi