Daliç Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək

İDMAN
11 Avqust
17:00

“Eurosport”un məlıumatına görə, Zlatko Daliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək. Mənbə Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməklə bağlı qarşılıqlı razılıq əldə olunub. Baş məşqçi ilə gələn həftə İcraiyyə Komitəsinin iclasından sonra yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Z.Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv 2018-ci il Rusiyada keçirilən dünya çempionatının finalında Fransa yığmasına 2:4 hesabı ilə uduzub və gümüş medalçı olub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi