Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq üçün sənəd qəbulu oktyabrın 28-də yekunlaşır

TƏHSİL
26 Oktyabr
11:59

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir.

Nazirlikdən  bildirilib ki, sənədlərin qəbulu müddəti oktyabrın 28-də başa çatacaq. Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

"Xalq qəzeti"

TƏHSİL bölməsi