Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

TƏHSİL
25 Oktyabr
12:54

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 24-də keçirilmiş test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.

Bu barədə DİM-dən bildirilib. Qeyd olunub komissiya oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində - Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında müraciətlərə baxacaq.

Xatırladaq ki, imtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

TƏHSİL bölməsi