Ödənilən cərimələr geri qaytarılacaq

XARİCİ XƏBƏRLƏR
24 Oktyabr
01:01

İspaniya hökuməti pan­demiya zamanı karantin tədbirlərinin pozulmasına görə ödənilən cərimələrin əhaliyə geri qay­tarılması barədə göstəriş verib. Bu məqsədlə müva­fiq qurumlar tərəfindən işçi qrupun yaradılması nəzərdə tutulub.

Bildirilir ki, hökuməti bu addımı atmağa Konstitusi­ya Məhkəməsinin qərarı vadar edib. Belə ki, ölkənin ali məhkəmə instansiyası pandemiya dönəmində tətbiq edilən bir sıra məhdudlaşdırıcı tədbirlərin, xüsusən də evdə təcrid olunmanın ölkənin ana qanununda təsbit edilmiş hüquq və azadlıqlarla ziddiyyət təşkil etməsi barədə rəy verib.

Xəbəri TASS yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi