Azərbaycan Misirdə keçiriləcək folklor festivalında təmsil olunacaq

MƏDƏNİYYƏT
23 Oktyabr
20:06

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalı keçiriləcək.

 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərini təqdim ediləcəyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edəcək.

Oktyabrın 24-də İsmailiyə şəhərinin mərkəzi meydanında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının keçid mərasimi olacaq. Daha sonra incəsənət ustaları şəhərin Konqres Mərkəzində keçiriləcək açılış mərasimində iştirak edəcəklər.

MƏDƏNİYYƏT bölməsi