Cenevrədə “Kəklikotu” komediyasının təqdimatı keçirilib

MƏDƏNİYYƏT
16 Noyabr
13:02

İsveçrənin cənub-qərbində məşhur "Ciné 17" kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının təqdimatı keçirilib.

Bu  barədə “Repot.az” saytı məlumat yayıb.

Təqdimatda azərbaycanlı kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.

Baxmayaraq ki, filmin nümayişinə 11 ay öncə başlanılıb, kino indiyədək Avropada, MDB ölkələrində və Türkiyədə böyük maraq doğurur. Lakin Cinemazadeh studiyasının növbəti layihəsi olan “Qış nağılı” filminin çəkilişlərilə məşğul olduğu üçün “Kəklikotu”nun təqdimatı bir sıra şəhərlərdə keçirilməmişdi. Cinemazadeh studiyası xəbər verir ki, “Qış nağılı” romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi